Meksikada donuz qripi epidemiyası sürətlə yayılmağa başlayıb. Bir neçə həftə ərzində xəstəlikdən 60-dan artıq insan dünyasını dəyişib. Minlərlə insan isə təhlükəli virusdan əziyyət çəkir. Epidemiyanın yayıldığı regionlarda məktəblər bağlanıb və əhalinin peyvənləşməsi həyata keçirilir. 20 milyon insanın yaşadığı paytaxt Mexikoda da təhsil müəsisələri bağlanıb,kütləvi tədbirlər qeyri-müəyyən müddətə təxirə salınıb. İnsanlar təhlükəli virusa yoluxmamaq üçün ictimai yerlərdə tənziflə gəzməyə məcburdurlar. Meksika prezidenti Felipo Kalderon isə televiziya çıxışında epidemiyaya qarşı müvafiq tədbirlərin görülməkdə olduğunu bildirib. “Biz Ümumdünya Səhiyyə Təşkilati ilə müfaviq tədbirlərinin görülməsi üçün məsləhətləşmələr aparırıq. Ən yüksək səviyyədə ixtisaslaşmış labaratoriyalarda virusun təbiəti və onun qarşısının alınması tədbirləri öyrənilir”. Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Ştatların cənubunda da epidemiyanın yayılması haqda məlumat verib. Vaşinqtonda da donuz qripinə yoluxma hallarının Kaliforniya və Texasda qeydə alındığını təsdiqləyiblər. Lakin Meksikadan fərqli olaraq Birləşmiş Ştatlarda xəstəlik daha yüngül formada keçir. Buna baxmayaraq, ölkə rəsmiləri virusun qarşısının alınmasının mümkün olmayacağını deyirlər.Bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatında qrip üzrə mütəxəssislərlə təcili məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdən sonra elan edilib ki, Şimali Amerikada donuz qripinin yayılması ictimai fövqəladə vəziyyətdir və beynəlxalq səaiyyədə reaksiya tələb edir. Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrini insanların donuz qripinə yoluxmasını diqqətlə araşdırmağa və də[/size]rhal məlu[/size]mat verməyə çağırıb.
Mesajı Düzenleyen gencislam - Cuma, 06.11.2009, 16:28 |